Almaniya XİN: ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirir

ABŞ və Almaniya Ukraynaya dəstəyi davam etdirir.
Sfera.az bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşdən sonra açıqlama verib.
Nazirin sözlərinə görə, hazırda Ukraynaya göstərilən ümumi yardımın 98 faizi Avropa ölkələri və Kanada tərəfindən təmin olunur. O bildirib ki, Vaşinqton isə tərəfdaş dövlətlərin maliyyələşdirdiyi hərbi texnikanın Ukraynaya çatdırılmasını həyata keçirir.
Yohann Vadeful əlavə edib ki, NATO-nun qarşıdakı sammitində müttəfiqlərin Ukraynaya göstərilən dəstəyi uzunmüddətli və fasiləsiz şəkildə maliyyələşdirmək imkanına malik olduqlarına dair aydın mesaj veriləcəyinə ümid edir.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin artıq Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda neytral vasitəçi kimi çıxış etmək niyyətində olmadığını bildirmişdi. O, bu mövqeyini Vaşinqtonun Ukraynanın ərazi bütövlüyünə dəstəyini əks etdirən sənəd qəbul etməsi ilə əlaqələndirib.
İnci
Sfera.az
