Putin Ukraynaya sərt xəbərdarlıq etdi

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu ilə bağlı Kiyev hakimiyyətinə ciddi nəticələr barədə sərt xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın "L'AntiDiplomatico" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Rusiya lideri Ukraynaya növbəti dəfə kəskin xəbərdarlıq ünvanlayıb.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Ukrayna Kursk vilayətinə müdaxilənin əvəzini öz əraziləri ilə ödəməlidir. Onun sözlərinə görə, Prezident Putinin tampon zona yaradılması ilə bağlı dedikləri məhz Rusiya ərazisinin bir hissəsinin müvəqqəti işğalına görə cavab tədbirlərini nəzərdə tutur.
Putin isə daha əvvəl bəyan etmişdi ki, Rusiya Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin törətdiyi cinayətlərə mütləq cavab verəcək.
İnci
Sfera.az
