Türkiyə parlamentinin sədri: Bəzi ölkələr sülhün əldə olunmasını istəmədi

Türkiyə parlamentinin sədri: Bəzi ölkələr sülhün əldə olunmasını istəmədi
Kateqoriya məlum deyil
T

Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqlar zamanı bəzi ölkələr sülh sazişinin əldə olunmasına mane olublar.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş NATO Parlament Assambleyasının sammitində bildirib.

Onun sözlərinə görə, həmin vaxt tərəflər demək olar ki, yekun razılaşmanın layihəsini imzalamışdılar.

"Təəssüf ki, o dövrdə bəzi ölkələr sülhün əldə olunmasını istəmədi və buna görə də razılıq baş tutmadı", – deyə Kurtulmuş qeyd edib.

Parlament sədri vurğulayıb ki, İstanbul danışıqlarını tamamilə nəticəsiz hesab etmək düzgün olmazdı. O bildirib ki, həmin görüşlər zamanı bir sıra mühüm nəticələr əldə edilmişdi. Bunlara Qara dəniz taxıl dəhlizinin fəaliyyətə başlaması və hərbi əsirlərin mübadiləsi daxildir.

Bundan əvvəl Türkiyə hökumətindəki mənbə bildirib ki, Moskva və Kiyevdən aydın siqnal olacağı təqdirdə Rusiya və Ukrayna arasında yeni danışıqlar raundunun Türkiyədə təşkili uzun vaxt aparmayacaq.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ