Hürriyət: Heydər Əliyevin arzusu, İlham Əliyevin addımları

Hürriyət: Heydər Əliyevin arzusu, İlham Əliyevin addımları

Əgər bu gün Ümummilli Lider Heydər Əliyev yaşasaydı, onun 94 yaşı olacaqdı.

Bunu Türkiyənin "Marmara Qrup” fondunun prezidenti Akkan Suver "Hürriyət” qəzetində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, Heydər Əliyev Azərbaycanı hər kəsin sülh içində yaşadığı, dünya tərəfindən yaxşı qəbul olunan stabil bir ölkəyə çevirib:

"10 illik qısa hakimiyyəti dövründə o, çox böyük uğurlara imza atıb”.

Müəllif yazır ki, Heydər Əliyev Cənubi Qafqaz regionunda ən güclü ordunun əsasını qoyub və əlavə edir ki, Ümummilli lider bütün dünyada – Amerikadan Rusiyaya və İrandan Fransayadək tanınan müstəqil Azərbaycan yaradıb:

"O, Azərbaycanın dünyadakı imicini yüksəldib və ölkəni vacib beynəlxalq təşkilatların üzvü edib. Heydər Əliyev latın əlifbasını qəbul edərək türk və Qərb dünyası ilə inteqrasiyaya yardım edib. Heydər Əliyev Azərbaycanın təbii ehtiyatlarının dünya bazarına çıxması üçün imkan yaradıb”.

Müəllif qeyd edir ki, Heydər Əliyev daha sonra "Əsrin müqaviləsi” adlandırılan saziş imzalayıb. Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisi nəticəsində Azərbaycanın Ümummilli Lideri nəinki Türkiyə-Azərbaycan qardaşlığını gücləndirib, həm də Azərbaycanın karbohidrat ehtiyatlarını və Xəzər ölkələrinin enerji xammalını dünya bazarına çıxarıb:

"Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin davamçısı olaraq 14 il ərzində adambaşına düşən gəliri 850 dollardan 10 033 dollaradək qaldırıb. Prezident İlham Əliyev və onun komandası işsizlik və yoxsulluq səviyyəsini beş faizədək azalda bilib. Onlar Azərbaycanı investisiya yerləşdirilən bir ölkədən iri investor ölkəyə çeviriblər. Prezident İlham Əliyev həmçinin, "Şahdəniz” qaz yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin tikintisi, TANAP və TAP kimi layihələrin təşəbbüskarı olub”.

Hökumət "Avroviziya”, Birinci Avropa Oyunları, Formula 1 yarışları və İslam Həmrəyliyi Oyunları kimi tədbirləri keçirməklə bütün dünyanın diqqətini Azərbaycana cəlb edir.

Müəllif yazır ki, Prezident İlham Əliyev bütün ölkənin, xüsusilə Bakı, Naxçıvan, Şəki və digər şəhərlərin inkişafı üzrə aktiv fəaliyyət göstərir. Qeyd olunur ki, müasir urbanizm ölkənin tarixi sivilizasiya xətti ilə özünəməxsus gözəlliyinin birləşməsi vasitəsilə yaradılıb:

"Onlar urbanizm konsepsiyasını Azərbaycan tarixi ilə harmoniyada qəbul ediblər. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafına töhfəsi böyükdür”.

Azərbaycan Yaxın Şərq və Şərqi Avropa ölkələrinin üzləşdiyi münaqişə və böhranların təsirinə məruz qalmadan inkişafını davam etdirir. Dünyadakı mənfi tendensiyalara baxmayaraq, Azərbaycan hökuməti neftin qiymətinin azalması ilə bağlı yaranan problemlərin öhdəsindən qeyri-neft sektoruna, xüsusilə də sənayenin inkişafı, kənd təsərrüfatının genişlənməsinə investisiyalar qoymaqla gəlir.

Müəllif vurğulayır ki, Prezident İlham Əliyev və onun komandası Heydər Əliyevin arzuladığı müasir Azərbaycanı yaratmaqla, sözün əsl mənasında Heydər Əliyev irsini müdafiə edirlər. (Trend)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...