Araratda müəmmalı ölüm: sabiq nazirin meyiti tapıldı

Araratda müəmmalı ölüm: sabiq nazirin meyiti tapıldı
Kateqoriya məlum deyil
T

Ermənistanın Ararat vilayətində keçmiş səhiyyə naziri və sabiq deputat Qaqik Stambultsyanın meyiti tapılıb.

Sfera.az xəbər verir ki, məlumata görə, İrəvan–Yerasx avtomobil yolunun 45-ci kilometrliyində “Changan” markalı avtomobildə kişi meyiti aşkarlanıb.

Avtomobilin sürücüsünün “Avanqard” tibb mərkəzinin təsisçisi, keçmiş deputat və sabiq səhiyyə naziri Qaqik Stambultsyan olduğu müəyyən edilib.

İlkin versiyaya əsasən, Stambultsyan avtomobili idarə edərkən ölüb.

Hadisənin dəqiq səbəbləri araşdırılır./globalinfo

PAYLAŞ