İrandan ABŞ-yə xəbərdarlıq: "Maraqlarımızı qoruyacağıq"

İrandan ABŞ-yə xəbərdarlıq: "Maraqlarımızı qoruyacağıq"
Kateqoriya məlum deyil
T

ABŞ ordusunun İranın Sirik şəhərinə endirdiyi zərbələrdən sonra Vaşinqtonla Tehran arasında gərginlik yenidən yüksəlib.

Kövrək atəşkəs prosesində ilk ciddi böhran yaşanarkən, İran ABŞ-yə sərt mesaj göndərib.

Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun Sirik şəhəri başda olmaqla ölkənin cənub sahillərində yerləşən müxtəlif nöqtələrə endirdiyi hava zərbələrini qətiyyətlə pisləyib. Nazirliyin yaydığı açıqlamada hücumlar “aqressiya” kimi qiymətləndirilib və bildirilib ki, İranın sahil müşahidə obyektlərinin hədəfə alınması beynəlxalq hüququn pozulmasıdır.


Açıqlamada qeyd olunub:


“İran 27 iyun 2026-cı il tarixində ABŞ ordusunun ölkənin cənub sahillərində müxtəlif məntəqələrə həyata keçirdiyi hava hücumlarını kəskin şəkildə pisləyir. Bu hücumlar BMT Nizamnaməsinin müddəalarını və müharibənin dayandırılması ilə bağlı razılaşmanı pozur”. Tehran həmçinin ölkənin suverenliyini və milli maraqlarını qorumaq hüququnun olduğunu vurğulayıb. İran tərəfi ABŞ qüvvələrinə qarşı mümkün cavab tədbirlərinin “özünümüdafiə hüququ” çərçivəsində həyata keçiriləcəyini bildirib. Hadisə ABŞ-İran arasında əldə olunan atəşkəs razılaşmasının gələcəyi ilə bağlı yeni suallar yaradıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ