Zaxarova: "Ermənistan tezliklə cavab verməlidir"

Zaxarova: "Ermənistan tezliklə cavab verməlidir"
Kateqoriya məlum deyil
T

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı arasında strateji seçim məsələsinə mümkün qədər tez cavab verməlidir.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.

Diplomat qeyd edib ki, 29 mayda Astanada Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderləri tərəfindən qəbul edilən bəyanatda Yerevanın Aİ ilə yaxınlaşma yolunun AİB üzv dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər daşıdığı açıq şəkildə bildirilir. Sənəddə AİB-ə daxil olan ölkələr üçün bununla bağlı zərərin qarşısının alınmasının vacibliyi vurğulanır.


"Buna görə də, İrəvan Nikol Paşinyanın özünün də tələb etdiyi kimi strateji seçim məsələsinə mümkün qədər tez cavab verməlidir",– o vurğulayıb.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ