Polşa siyasətçiləri Ukrayna ordenlərini geri qaytarırlar

Polşa siyasətçiləri Ukrayna ordenlərini geri qaytarırlar
Kateqoriya məlum deyil
T

Polşada bir sıra tanınmış siyasətçilər Ukraynanın dövlət mükafatlarından imtina etdiklərini açıqlayıblar. Qərarın Ukraynada nasizmin qəhrəmanlaşdırılması ilə bağlı qalmaqal fonunda qəbul edildiyi bildirilir.

Sfera.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Məlumata görə, iyunun 25-də Polşanın müxalifətdə olan "Hüquq və Ədalət" Partiyasının lideri Yaroslav Kaçinski Ukraynanın Knyaz Yaroslav Mudrı ordenindən imtina etdiyini açıqlayıb.

Növbəti gün partiyanın daha üç tanınmış üzvü – sabiq milli müdafiə naziri və daxili işlər naziri Mariuş Blaşçak, keçmiş Seym sədri Marek Kuxçinski və sabiq xarici işlər naziri Zbiqnev Rau da analoji qərar verdiklərini bəyan ediblər. Onlar Ukraynanın müxtəlif dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif olunublar.

Bəyanatda qeyd olunub ki, bu addım Volın faciəsinin qurbanlarına ehtiram və Polşa Prezidenti Karol Navrotskiyə sadiqlik əlaməti olaraq atılıb.

Xatırladaq ki, bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukraynanın Polşanın və onun vətəndaşlarının göstərdiyi yardımı unutmaq istədiyini bildirmişdi. O vurğulamışdı ki, Ukraynanın müharibənin ilk aylarında Varşavanın oynadığı rolu unutması yolverilməzdir.

İnci

Sfera.az

PAYLAŞ