ABŞ-İran rəsmilərinin növbəti görüş vaxtı açıqlandı

ABŞ-İran rəsmilərinin növbəti görüş vaxtı açıqlandı
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında aparılan danışıqların davam etdirilməsi ilə bağlı yeni tarix müəyyənləşib.


Sfera.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio İranla texniki səviyyədə aparılan müzakirələr çərçivəsində tərəflərin gələn həftə yenidən görüşəcəyini açıqlayıb.


Küveytdə rəsmi səfər çərçivəsində çıxış edən Rubio bildirib ki, danışıqlar prosesində ABŞ Dövlət Departamenti və Energetika Nazirliyinin nümayəndələri də iştirak edəcək.


“Bildiyim qədəri ilə görüşlər yenidən İsveçrədə keçiriləcək”, – deyə Rubio bildirib.


Rubio Küveytdəki çıxışı zamanı Hörmüz boğazının istifadəsi məsələsinə də toxunub.


O, beynəlxalq sulardan keçid üçün hər hansı ödəniş tələb edilməsinə qarşı çıxaraq bildirib ki, belə bir mexanizmə bütün dünyanın etiraz edəcəyini düşünür.


Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas su yollarından biri hesab olunur.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ