“Vaşinqtonla əlaqələr normal məcraya qayıtmalıdır” – Meloni

“Vaşinqtonla əlaqələr normal məcraya qayıtmalıdır” – Meloni
Kateqoriya məlum deyil
T

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampın onun və hökuməti barədə son açıqlamalarına təəccübləndiyini bildirib. Buna baxmayaraq, o, Avropa ilə ABŞ arasında münasibətlərin qorunmasının vacibliyini vurğulayaraq Vaşinqtonla ikitərəfli əlaqələrin normal məcraya qayıtmasına çağırıb.

Sfera.az xəbər verir ki. Meloni bu fikirləri İtaliyanın “La Verità” qəzeti tərəfindən təşkil edilən festivalda çıxışı zamanı səsləndirib. Baş nazir qeyd edib ki, məsələ təkcə İtaliya ilə ABŞ arasındakı münasibətlərlə məhdudlaşmır:

“Cəbhə genişlənib, artıq söhbət yalnız İtaliyadan getmir”.

O, Nazirlər Kabinetinin iclasında da eyni mövqeni ifadə etdiyini bildirərək Avropa İttifaqının ABŞ ilə münasibətləri qoruyub saxlamasının strateji əhəmiyyət daşıdığını deyib.

Meloni çıxışında ABŞ–İran danışıqlarına da toxunub. O, prosesin asan olmadığını desə də, danışıqların nəticə verəcəyi ilə bağlı “nikbin” olduğunu bildirib.

İtaliya hökumət başçısı ölkəsinin diplomatik proseslərə töhfə verməyə hazır olduğunu vurğulayaraq, Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı mümkün missiyada iştirak ehtimalını da istisna etməyib.

Meloni həmçinin İranın nüvə silahına sahib olmasına icazə verilməməli olduğunu qeyd edib və Hörmüz boğazında sərbəst dəniz hərəkətinin tam bərpa olunmasının vacibliyini vurğulayıb. O, Tehran administrasiyasına “tranzit haqqı” ödənilməsinin isə qəbulolunmaz olduğunu bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ