Ermənistan bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq

Kateqoriya məlum deyil
T
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) illərdir davam edən üzvlük haqqı borcu səbəbindən işçi orqanlarda səsvermə hüququndan məhrum edilə bilər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RIA Novosti”yə bildirib.
O, təşkilatın nizamnaməsinin 25-ci maddəsinə istinad edərək qeyd edib ki, öhdəliklərin yerinə yetirilməməsi halında üzv dövlətlərə qarşı müvafiq tədbirlər tətbiq oluna bilər.
“Büdcəyə iki il ərzində borc yaranarsa, kvota vəzifələrinə namizəd irəli sürmək hüququnun dayandırılması, eləcə də borc tam ödənilənədək işçi orqanlarda səsvermə hüququnun məhdudlaşdırılması nəzərdə tutulur”, - deyə Zaxarova bildirib./publika
