Trampdan İranla bağlı KRİTİK AÇIQLAMA

Trampdan İranla bağlı KRİTİK AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son dərəcə kritik açıqlamalar verib.

Sfera.az xəbər verir ki, Ağ Ev rəhbəri rəsmi Tehranın nüvə obyektlərində yoxlamaların aparılmasına razılıq verdiyini bəyan edib.

Hörmüz boğazındakı vəziyyətə də toxunan Tramp, strateji su yolunun blokadaya alınmaması barədə göstəriş verdiyini vurğulayıb:

"İran nüvə yoxlamalarına razılıq verdi. Hörmüzün açıq qalmasına, blokada tətbiq edilməməsinə razılıq verdim. Bütün gəmiləri yerində saxlayacağam. Əgər bunu qəbul etməsələr, daha heç bir danışıqlar olmayacaq".

Ekspertlər Trampın bu şərtinin regionda gərginliyi idarə etmək və Tehrana qarşı təzyiqləri rəsmi çərçivədə saxlamaq məqsədi daşıdığını qeyd ediblər. Hazırda Vaşinqtonun növbəti addımları və İranın bu sərt bəyanata necə reaksiya verəcəyi diqqət mərkəzindədir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ