Pezeşkian qalıcı sülhün əsas şərtini açıqladı

Pezeşkian qalıcı sülhün əsas şərtini açıqladı
Kateqoriya məlum deyil
T

İran Prezidenti Məsud Pezeşkian rəsmi Vaşinqtonla danışıqların effektiv olması üçün tərəflərin üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasının vacibliyini vurğulayıb.


Sfera.az xəbər verir ki, bu barədə İran dövlət başçısı "X" sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə bəyanat yayıb.


Pezeşkian qeyd edib ki, ABŞ ilə aparılan danışıqların müsbət nəticə verməsi yalnız imzalanmış anlaşma memorandumundakı bəndlərin tam və eksiksiz şəkildə yerinə yetirilməsindən asılıdır. Onun sözlərinə görə, bu prosesdəki real tərəqqi yalnız verilən vədlərin əməli şəkildə icra olunması ilə ölçülə bilər.


Müzakirələrin gedişatına toxunan İran Prezidenti tərəfləri diqqətli olmağa çağırıb. O bildirib ki, razılaşdırılmış mətndən kənar bəyanatların səsləndirilməsi danışıqlar prosesinə yalnız mənfi təsir göstərə bilər.


Pezeşkian bir daha vurğulayıb ki, ABŞ ilə görüşlərin effektivliyi birbaşa tərəflərin memorandumdakı öhdəliklərinə bağlılığından və maddələrin tam icrasından keçir.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ