Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi

Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi
Kateqoriya məlum deyil
T

İsrail ordusuna Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri İsrael Kats tərəfindən Livanda atəşin dayandırılması ilə bağlı göstəriş verilib.

Sfera.az xəbər verir ki, bu barədə "Channel 12" telekanalı məlumat yayıb.

Məlumata görə, göstəriş siyasi hakimiyyətlə ABŞ arasında aparılan koordinasiyadan sonra verilib. Bununla belə, İsrail ordusunun Livanın cənubundan geri çəkilməyəcəyi bildirilib.

İsrail Müdafiə Qüvvələri (SAXAL) isə açıqlamasında siyasi rəhbərliyin direktivlərinə uyğun olaraq atəşkəs razılaşmasına sadiq qaldığını və İsrail dövlətinə, eləcə də SAXAL-a qarşı hər hansı təhdidi aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib./Oxu.az

PAYLAŞ