Zelenski Polşanın "Ağ Qartal" ordenindən imtina etdi

Zelenski Polşanın "Ağ Qartal" ordenindən imtina etdi
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən imtina edib.

Sfera.az xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

Zelenski bu addını Polşa hakimiyyətinin onu bu mükafatdan məhrum etmək qərarı fonunda atıb.

Ukrayna lideri ordenin verilməsini bütün Ukrayna xalqının və ordusunun Rusiya təcavüzünə müqavimət göstərməsinin əlaməti kimi qəbul etdiyini vurğulayıb.

“Biz düşünürdük ki, 2023-cü ildə Ukrayna xalqına və ordumuza “Ağ Qartal” ordeni veriləcək. O zaman da məhz belə deyilmişdi. Bu gün həmin ordeni Polşa prezidentinə qaytardım”, - deyə Zelenski yazıb.

Eyni zamanda, Ukrayna Prezidenti Polşa xalqına göstərdikləri dəstəyə görə təşəkkür edib və tarixi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Kiyevin Varşava ilə əməkdaşlığa açıq olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna Polşa ilə tərəfdaşlıq münasibətlərini qorumaq üçün çalışmağa davam edəcək.

Orden Zelenskiyə 2023-cü ildə təqdim edilmişdi.

PAYLAŞ