Ukrayna üçün 4 milyard dollarlıq yeni yardım paketi elan olundu

Ukrayna üçün 4 milyard dollarlıq yeni yardım paketi elan olundu
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiq ölkələrin Kiyevə ümumilikdə 4 milyard dollar dəyərində yeni hərbi və maliyyə dəstək paketi təqdim etdiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Zelenski Avropada həyata keçirdiyi diplomatik təmaslardan sonra verdiyi bəyanatda Brüsseldə Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında iştirak etdiyini və görüşün ölkəsi üçün olduqca məhsuldar keçdiyini bildirib. O, həmçinin Fransada keçirilən G7 Zirvəsi və Avropa İttifaqı Liderlər Zirvəsində Ukraynanın təhlükəsizliyi ilə bağlı mühüm müzakirələrin aparıldığını qeyd edib.

Ukrayna lideri bildirib ki, görüşlərin nəticəsi olaraq müttəfiq ölkələr tərəfindən Ukraynaya ümumilikdə 4 milyard dollar dəyərində yeni yardım paketi ayrılıb. Onun sözlərinə görə, bu dəstək ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edəcək.

Zelenski vurğulayıb ki, bu yardımlar Rusiya hücumlarına qarşı müqavimətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident həmçinin Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) çərçivəsində əlavə dəstək aldığını bildirib. Onun sözlərinə görə, 9 ölkə bu proqram üçün təxminən 1 milyard dollar vəsait ayırıb. Bu mexanizmin Ukraynanın təcili müdafiə ehtiyaclarının qarşılanmasında mühüm rol oynadığı qeyd olunub.

Zelenski çıxışında Kanada və Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini də diqqətə çatdırıb. Eyni zamanda, Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbuluna hazırlaşdığı bildirilib.

Sonda Zelenski müttəfiqlərdən alınan dəstəyin əhəmiyyətini vurğulayaraq deyib: “Müdafiəmiz üçün yeni imkanlarla evə qayıdırıq”.

Mənsumə

Sfera.az

PAYLAŞ