Logo

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - FOTO

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşamaları məmnunluqla qeyd edildi, yüksək səviyyədə tolerantlığın mövcudluğu bir nümunə kimi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunularaq iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirildi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR