Meloni: Qadağa asanlıqla aşıla bilər, problem daha dərindir

Meloni: Qadağa asanlıqla aşıla bilər, problem daha dərindir
Kateqoriya məlum deyil
T

İtaliyanın Baş naziri Corcia Meloni ölkəsində 16 yaşdan aşağı şəxslər üçün sosial media qadağasının tətbiqi ilə bağlı təşəbbüs irəli sürülməyəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Meloni bu barədə G7 sammitinin yekununda jurnalistlərə danışıb.

Baş nazir bildirib ki, sosial media qadağasına qarşı deyil, lakin bu addımın təkbaşına problemin həlli olmadığını düşünür.

“16 yaşdan aşağılar üçün sosial media qadağasına qarşı deyiləm, amma düşünmürəm ki, bu yanaşma problemi tam həll edə bilər. Bu cür qadağalar asanlıqla yan keçilə bilər”, – deyə Meloni qeyd edib.

Onun sözlərinə görə, məhdudiyyətlər tətbiq olunsa belə, bu, problemin bir hissəsini ailələrin üzərinə yükləyə bilər və sosial şəbəkə platformalarının məsuliyyəti artırılmadan effektiv nəticə əldə etmək çətin olacaq.

Meloni əlavə edib ki, İtaliya hökuməti hazırda belə bir qanun layihəsi təqdim etməyi planlaşdırmır və məsələ parlament səviyyəsində müzakirəyə açıq qalır.

Qeyd edək ki, Böyük Britaniya artıq 16 yaşdan aşağılar üçün sosial media qadağası tətbiq etməyə hazırlaşır, Fransa isə bu həddi 15 yaş olaraq müəyyən etməyi planlaşdırır.

Eyni zamanda G7 ölkələri uşaqların onlayn təhlükəsizliyi ilə bağlı bəyannamə qəbul etsə də, sənəddə sosial mediaya qadağa məsələsi yer almayıb.

İnci

Sfera.az

PAYLAŞ