Övladlığa götürülən körpənin ölümü ilə bağlı şok detallar

Övladlığa götürülən körpənin ölümü ilə bağlı şok detallar
Kateqoriya məlum deyil
T

İngiltərənin Blekpul şəhərində 2023-cü ildə övladlığa götürülən 13 aylıq Preston Deyvinin ölümü ilə bağlı məhkəmə işi yekunlaşıb. Hadisə ilə əlaqədar Ceymi Varli və Con MakQoven-Fazakerli günahkar biliniblər.

Sfera.az xəbər verir ki, Preston 2023-cü ilin aprel ayında həmin cütlüyün himayəsinə verilib, iyul ayında isə xəstəxanada həyatını itirib.

Məhkəmə araşdırmaları zamanı körpənin təxminən dörd ay ərzində sistematik fiziki zorakılığa məruz qaldığı, bədənində çoxsaylı daxili və xarici xəsarətlərin olduğu müəyyən edilib. Yarılma nəticələrinə əsasən, körpədə təxminən 40 müxtəlif xəsarət aşkar olunub.

Ölüm səbəbi “kəskin yuxarı tənəffüs yollarının tıxanması” kimi göstərilib.

Bundan əlavə, körpənin bədənində dişləmə izləri, ağır qançırlar və dirsək sınığı da müəyyən edilib.

İttiham olunan Ceymi Varli məhkəmədə ifadə verərək atalıq məsuliyyətlərinin ona ağır təsir etdiyini və partnyorunun tez-tez iş səfərlərində olmasının gərginlik yaratdığını iddia edib.

Hadisə ilə bağlı aparılan istintaq və məhkəmə prosesi nəticəsində hər iki şəxs günahkar elan olunub.

Mənsumə

Sfera.az

PAYLAŞ