Trampdan G7 liderlərinə sərt mesaj

Trampdan G7 liderlərinə sərt mesaj
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın G7 sammiti çərçivəsində dünya liderləri ilə bağlı səsləndirdiyi sərt və bəzən istehzalı fikirlər beynəlxalq mediada geniş müzakirələrə səbəb olub və diplomatik dairələrdə rezonans doğurub.

Sfera.az-ın məlumatına əsasən, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Kanadanın iştirakı ilə keçirilən G7 görüşü İsveçrə sərhədinə yaxın Cenevrə gölü ətrafında təşkil olunub. Sammitin əsas müzakirə mövzuları İran ətrafındakı vəziyyət, Ukraynadakı müharibə, qlobal iqtisadi proseslər və digər mühüm beynəlxalq məsələlər olub.

Görüş zamanı Tramp Fransa Prezidenti Emmanuel Makrondan Böyük Britaniyanın Baş naziri Keyr Starmerə qədər bir sıra liderlər barədə diqqətçəkən və müzakirələrə səbəb olan ifadələr səsləndirib.

Tramp ilə Fransa Prezidenti Emmanuel Makron arasında münasibətlərin uzun müddətdir gərgin olduğu bildirilir. ABŞ lideri Fransanın İran məsələsində yetərli dəstək göstərmədiyini iddia edərək Makronla bağlı əvvəlki çıxışlarında da tənqidi fikirlər səsləndirib.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer də Trampın tənqidlərindən kənarda qalmayıb. ABŞ prezidenti onun İran siyasətinə yanaşmasını hədəf alaraq “Uinston Çörçill deyil” ifadəsini işlədib.

Almaniya kansleri Fridrix Merts və İtaliya Baş naziri Corcia Meloni ilə bağlı səsləndirilən fikirlər də sammitdə iştirak edən ölkələr arasında fikir ayrılıqlarını daha da üzə çıxarıb.

Kanada ilə bağlı iqtisadi gərginlik fonunda Trampın əvvəllər səsləndirdiyi “Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyi” barədə fikirləri yenidən gündəmə gəlib.

Yaponiya Baş naziri Sanae Takaiçi ilə bağlı çıxışında isə Trampın Pearl Harbor hadisəsinə istinad etməsi beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiyalarla qarşılanıb.

Mənsumə

Sfera.az

PAYLAŞ