Robert Köçəryana qarşı cinayət işi açılacaq

Robert Köçəryana qarşı cinayət işi açılacaq
Kateqoriya məlum deyil
T

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) sabiq prezident Robert Köçəryana qarşı cinayət təqibinə icazə verib.

Sfera.az xəbər verir ki, bunu vəkil Aram Orbelyan komissiyanın iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl Baş Prokurorluq R. Köçəryanın, eləcə də seçilmiş deputatlar Asatur Köçəryan və Ruslan Barseqyanın cinayət təqibinə icazə verilməsi barədə vəsatətlə MSK-ya müraciət etmişdi.

Qeyd edək ki, ittiham vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlıdır.

PAYLAŞ