G7 liderləri Ukrayna ilə bağlı həmrəylik mesajı verdi

G7 liderləri Ukrayna ilə bağlı həmrəylik mesajı verdi
Kateqoriya məlum deyil
T

G7 liderləri Fransada keçirilən sammit çərçivəsində imzaladıqları birgə bəyannamədə Ukrayna ilə həmrəylik mesajı verib.

Sənəddə Rusiyanın hərbi iqtisadiyyatına yönəlmiş təzyiqlərin daha da artırılacağı vurğulanıb.

Sfera.az xəbər verir ki, üzv ölkələr tərəfindən qəbul edilən birgə bəyannamədə Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunub və rəsmi Kiyevlə birlik nümayiş etdirilib.

Rusiyaya qarşı təzyiqlərin gücləndiriləcəyi qeyd olunan sənəddə: "Bu fonda, neft və qaz sahələri də daxil olmaqla, Rusiyaya qarşı sanksiyalarımızı daha da sərtləşdirəcəyik", - deyə bildirilib.

G7 liderləri həmçinin İran və ABŞ arasında əldə olunmuş yeni razılaşmanı məmnuniyyətlə qarşıladıqlarını bəyan ediblər. Liderlər bu müqavilənin icrasına hər cür töhfə verməyə hazır olduqlarını vurğulayıblar. Bəyannamədə o cümlədən enerji təhlükəsizliyi məsələlərinə də toxunulub.

Qeyd olunub ki, iştirakçı dövlətlər enerji tədarükü marşrutlarını şaxələndirmək, Hürmüz boğazından asılılığı azaltmaq və enerji ehtiyatlarını artırmaq istiqamətində addımlar atacaqlar.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ