O, Zelenskini görməzdən gəldi

O, Zelenskini görməzdən gəldi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın G7 sammitində ukraynalı həmkarı Volodimir Zelenski ilə salamlaşmaması diqqət çəkib.

Sfera.az bildirir ki, bu barədə İsveçrənin “Schweiz heute” xəbər portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, sammitdə liderlər arasında səmimi ab-hava hökm sürüb, görüşlər qucaqlaşmalar və zarafatlarla müşayiət olunub. Lakin Donald Trampın Zelenskiyə qarşı fərqli münasibət sərgilədiyi qeyd edilib.

“Atmosfer kifayət qədər rahat idi. Liderlər bir-birilərini səmimi qarşılayır, hətta futbol proqnozları ilə bağlı zarafatlar edirdilər. Ancaq ABŞ Prezidenti Donald Tramp Zelenski ilə salamlaşmağa belə cəhd göstərmədi. Bunu görməmək mümkün deyildi”, – materialda vurğulanıb.

Portal həmçinin Trampın Ukrayna liderinə qarşı soyuq münasibət nümayiş etdirdiyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl G7 liderlərinin Donald Tramp və Volodimir Zelenski arasında görüş təşkil etməyə çalışdığı bildirilmişdi. Məqsədin ABŞ prezidentinin Ukrayna münaqişəsinə dair mövqeyinə təsir göstərmək olduğu iddia olunurdu.

Qeyd edək ki, Zelenski iyunun 16-da G7 sammiti çərçivəsində Trampla görüşüb. Görüşdən sonra o, Rusiya ilə mümkün diplomatik danışıqların keçirilə biləcəyi ölkələrlə bağlı təkliflərini açıqlayıb və Moskvada görüş keçirilməsi variantını qəbul etmədiyini bildirib.

Əzizə

Sfera.az

PAYLAŞ