Zaxarova: “Zelenski özünü Qərb aləminin mərkəzi hesab edir”

Zaxarova: “Zelenski özünü Qərb aləminin mərkəzi hesab edir”
Kateqoriya məlum deyil
T

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin G7 sammitindəki davranışını tənqid edib.

Sfera.az bildirir ki, diplomatın sözlərinə görə, Zelenski sammitdə özünü Qərb dünyasının əsas fiquru kimi təqdim etməyə çalışıb.

“Onun məqsədi özünün unudulmadığını, əksinə, Qərb aləminin mərkəzində dayandığını göstərmək idi”, – deyə Zaxarova bildirib.

Rusiya XİN rəsmisi Zelenskinin sammitdəki geyiminə də toxunaraq onun qara rəngli kostyumla xüsusi diqqət çəkməyə çalışdığını iddia edib. Zaxarovanın fikrincə, Ukrayna lideri bununla G7 ölkələrinə təsir imkanlarını nümayiş etdirmək istəyib.

Qeyd edək ki, Zelenski G7 sammitində çıxışı zamanı Avropa İttifaqına müraciət edərək Ukraynanın birliyə qəbul prosesinin sürətləndirilməsini istəyib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ