Zelenski Trampla gizli müzakirənin detalını açıqladı

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski G7 (“Böyük yeddilik”) sammiti çərçivəsində keçirilən görüş zamanı Ukraynada antiballistik sistemlərin istehsalı üçün lisenziyaların verilməsi məsələsini müzakirə ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Zelenski məlumat verib.
“Mən bu məsələni qaldırdım, Prezident Trampla bu barədə danışdıq. Komandalarımız işləyəcək. İnşallah, bu dəfə müvafiq antiballistik sistemlərin və raketlərin istehsalı üçün lisenziyalar əldə edə biləcəyik”, – deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, Zelenski iyunun 16-da Tramp və G7 ölkələrinin digər liderləri ilə görüşüb. ABŞ Prezidenti ilə keçirilən danışıqlarda dövlət katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak ediblər.
Bundan əvvəl Zelenski Rusiya Prezidenti Vladimir Putinə G7 sammiti çərçivəsində görüşməyi təklif etdiyini açıqlamışdı. Kreml isə cavab olaraq Putinin G7 sammitinə rəsmi kanallarla dəvət almadığını bildirmişdi.
İnci
Sfera.az
