Peskovdan Zelenskiyə çağırış: “İstənilən vaxt Moskvaya gələ bilər”

Ukrayna Prezidenti Volodimir Zelenski ciddi danışıqlar aparmağa hazır olduğu təqdirdə istənilən vaxt Moskvaya gələ bilər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
“Bu barədə dəfələrlə deyilib və təkrar olunub ki, əgər Zelenski məsuliyyətli və ciddi şəkildə danışmağa hazırdırsa — Kiyev rejimi nədən söhbət getdiyini çox yaxşı bilir — o zaman hər zaman Moskvaya gələ bilər və burada qəbul olunacaq”, – deyə Peskov jurnalistlərə bildirib.
Kreml sözçüsü həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinə G7 (“Böyük yeddilik”) sammitində iştirak üçün dəvət göndərilməyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Zelenskinin Putini danışıqlara dəvət etməsi onun “meqafon diplomatiyası” ilə məşğul olduğunu göstərir. Lavrovun sözlərinə görə, Ukrayna liderinin Putinə ünvanladığı açıq məktub da kobud üslubda yazılıb.
İnci
Sfera.az
