Netanyahu: “İranın nüvə təhlükəsini ABŞ-lə birlikdə məhv etdik”

İsrail ABŞ-lə birgə İrana qarşı həyata keçirilən hərbi əməliyyat zamanı İranın nüvə təhlükəsinin qarşısını alıb.
Sfera.az bildirir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Netanyahu deyib ki, İsrail ABŞ-lə birlikdə tarixdəki ən genişmiqyaslı hücum hava əməliyyatını həyata keçirib.
“Amerikalı dostlarımızla birlikdə İsrail tarixində ən böyük hücum hava əməliyyatına başladıq. Nüvə alimlərini sıradan çıxardıq, terrorçu rejimin liderlərini zərərsizləşdirdik, nüvə obyektlərini məhv etdik, raketləri və onların istehsal olunduğu zavodların böyük hissəsini sıradan çıxardıq, saysız-hesabsız hərbi sənaye obyektlərinə zərbə endirdik, onların donanmasını və hava qüvvələrini məhv etdik”, — deyə o bildirib.
Baş nazirin sözlərinə görə, İran sürətlə nüvə silahına doğru irəliləyirdi və raket və nüvə sənayesini yeraltında gizlədirdi. Netanyahu vurğulayıb ki, mübarizə hələ başa çatmayıb və İsrail İran və onun Qəzza, Livan, Suriya və Yəməndəki “müttəfiqlərinə” qarşı ayıq olmalıdır.
Bundan əvvəl Netanyahu ABŞ Prezidenti Donald Trampla İranla mümkün razılaşmanı müzakirə etmək üçün təcili görüşmək istədiyi barədə məlumat yayılmışdı. Bildirilir ki, İsraildə gərginlik artır, çünki Trampın İranla razılaşma çərçivəsində nəyə razı olduğu hələ tam aydın deyil.
İnci
Sfera.az
