Lixtenşteynin Vəliəhd Şahzadəsi Azərbaycan Prezidentini təbrik edib

Lixtenşteynin Vəliəhd Şahzadəsi Azərbaycan Prezidentini təbrik edib

Lixtenşteynin Vəliəhd Şahzadəsi Alois Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Zati-aliləri. Lixtenşteyn Knyazlığı və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı əsrin dörddə biri ərzində qarşılıqlı əlaqələrimizin inkişafı münasibətilə Sizə, Azərbaycan Respublikasına və xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasında mübadilələr bir çox mühüm sahələrdə davamlı olaraq inkişaf etmişdir. Bu inkişaf Azərbaycanın xarici işlər nazirinin 2016-cı ildə Vaduts şəhərinə səfəri zamanı bir daha vurğulanmışdır.

Beynəlxalq hüququn başlıca prinsiplərinə möhkəm bağlı olan ikitərəfli əlaqələr Lixtenşteyn kimi balaca dövlətlər üçün çox vacibdir. Biz, həmçinin bütün dövlətlərə bərabər yanaşılmasına və beynəlxalq təşkilatların etibarlı hüquqi çərçivələrinə böyük önəm veririk. Bu gün üzləşdiyimiz qlobal çağırışlar fonunda bu prinsiplər, eləcə də gərginliyin azaldılması və münaqişələrin həlli üçün görülən işlər bizim ümumi səylərimizin uğurunun əsasını təşkil edir.

Mən əməkdaşlığımızın daha da dərinləşməsi üçün gələcək imkanları səbirsizliklə gözləyir, Sizə və dost ölkənizə yeni-yeni uğurlar arzulayıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...