Narek Karapetyanın Ermənistandan çıxışına qadağa qoyuldu

Kateqoriya məlum deyil13.06.26, 08:260 👁️
T
"Güclü Ermənistan" Partiyasının liderlərindən biri - Narek Karapetyanın ölkəni tərk etməsinə məhdudiyyət tətbiq olunub.
Sfera.az bildirir ki, bu barədə siyasətçi özünün sosial şəbəkəsində yayımladığı video müraciətdə məlumat verib.
O qeyd edib ki, qadağa barədə Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars məntəqəsinə getmək istəyərkən öyrənib.
Karapetyan çəkiliş qrupu ilə birlikdə Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı vəziyyəti araşdırmağı planlaşdırdığını vurğulayıb:
"Lakin Ermənistanın sərhəd xidməti mənə həmin əraziyə səfərimin qadağan edildiyini bildirdi və çıxışıma məhdudiyyət qoydu".
Qeyd edək ki, Narek Karapetyan "Güclü Ermənistan" Partiyasının rəhbəri, sahibkar Samvel Karapetyanın qardaşı oğludur./Oxu.az
