Tramp: "Şərqin "xuliqanı" artıq məhv edilib"

Tramp: "Şərqin "xuliqanı" artıq məhv edilib"
Kateqoriya məlum deyil
T

İran ABŞ ilə danışıqları çox uzun müddət uzadıb və indi bunun bədəlini ödəməli olacaq.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

 

“Yaxın Şərqin "xuliqanı" artıq məhv edilib! Onlar razılaşmanın bağlanmasını çox gecikdirdilər – bu razılaşma onlar üçün əla çıxış yolu ola bilərdi, indi isə bunun əvəzini ödəməli olacaqlar!” – deyə ABŞ lideri yazıb.

 

Trampın sözlərinə görə, İran silahlı qüvvələri tam xaos içindədir və faktiki olaraq məğlub olub. O, əlavə edib ki, Tehran “yalnız görüntü yaradır, amma heç bir real addım atmır”.

 

ABŞ prezidenti daha əvvəl bildirmişdi ki, İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus “Apache” helikopterini vurub. Onun sözlərinə görə, hər iki pilot sağdır və xəsarət almayıb.

 

İnci

Sfera.az

PAYLAŞ