Paşinyan İlham Əliyevə təşəkkür etdi
Kateqoriya məlum deyil
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin (ASB) sammitində (distant formatda) iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Sfera.az-ın Report-a istinadən məlumatına görə, o, bunu sammitin yekununda mətbuata açıqlamasında deyib.






