Məzahir Pənahov yenidən MSK sədri seçildi
Kateqoriya məlum deyil
Məzahir Pənahov yenidən MSK sədri seçilib.
Sfera.az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
İclasın gündəliyinə MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsi məsələsi daxil edilib.
Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçilib.
Qeyd edək ki, M. Pənahovun 75 yaşı var və 2000-ci ildən MSK sədridir.
Firuzə Əliyeva
Sfera.az










