Paşinyan:"Biz Ermənistanı geosiyasi tələdən çıxardıq"
Kateqoriya məlum deyil
"Biz Ermənistanı geosiyasi tələdən çıxardıq".
Sfera.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə Baş nazir Nikol Paşinyan partiyasının qurultayında bildirib.
Paşinyanın sözlərinə görə, o və komandası Ermənistana sülh gətiriblər.
"Hər siyasi qüvvə buna qadir deyil", - o qeyd edib.
Baş nazir hesab edir ki, hakim partiya "cəhənnəmdən" keçib və Ermənistan dövlətini "dinc limana" gətirib.






