Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün İstanbula getdi
Kateqoriya məlum deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün İstanbul şəhərinə səfər edib.
Sfera.az xəbər verir ki, bu barədə Zelenskinin sözçüsü Sergey Nikiforov jurnalistlərə açıqlamasında bildirib.
O həmçinin qeyd edib ki, Zelenski Ortodoks Kilsəsinin ən yüksək rütbəli ruhani lideri olan Patriarx Varfolomey ilə də görüşəcək.






