Prezidentdən qiymət artımı ilə bağlı gözlənilən QƏRAR
Siyasət
11:07 / 12.04.2017
1319
Ən ciddi mesaj süni qiymət artımları ilə əlaqədar idi ki, onu da cənab prezident dilə gətirdi.
Sfera.az xəbər verir ki, bu sözləri axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili ölkə başçısının son müşavirədə çox mühüm mesajlar verdiyini qeyd edib:
"Ən ciddi mesaj süni qiymət artımı ilə əlaqədar idi ki, onu da cənab prezident dilə gətirdi. Çünki bu, çox ciddi məsələdir. Azərbaycanda süni qiymət artımlarına yol verilir, obyektiv qiymətdən başqa subyektiv qiymətlər fəaliyyət göstərir. Xüsusən də dərman preparatlarında və ərzaq məhsullarında qiymətlər həddindən artıq şişirdilib. Bu yolverilməzdir. Prezident bu halların qarşısının alınmasına dair göstəriş verdi. Bu istiqamətdə xüsusi qiymət siyasəti işlənib hazırlanacaq”.
Millət vəkili vurğulayıb ki, ikinci ən ciddi məsələ nəqliyyat sektoru ilə bağlı idi:
"Ölkə başçısı vurğuladı ki, bu sektorda işlər əvvəlki illərə nisbətən yaxşı gedir. İstər dəmiryolunda, istər hava limanında, istərsə də digər sahələrdə ciddi irəliləyişlər var. 2017-ci ilin sonunda Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Ancaq ümumi götürdükdə Azərbaycanda olan iqtisadi vəziyyətin müəyyən qədər inkişafa doğru getdiyi, qeyri-neft sektorunda 2 faizə qədər artımın olduğu qeyd edildi. Məhz bunun nəticəsidir ki, makro iqtisadi stabillik müəyyən qədər qorunub saxlanılır”.
V.Əhmədov onu da qeyd edib ki, prezident bəzi sahələrdə olan nöqsanları göstərdi və bu sahədə işləmək üçün mühüm göstərişlər verdi. Aparılan islahatlar öz nəticəsini verir və bundan sonra da davam edəcək ”.