Deputat qazilərlə iftar süfrəsində görüşüb

Deputat qazilərlə iftar süfrəsində görüşüb
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Vətən müharibəsi qaziləri ilə növbəti görüş keçirib.

 

Sfera.az bildirib ki, görüş iftar süfrəsi ətrafında təşkil olunub.

 

Görüşdə deputat qazilərlə səmimi söhbət aparıb,  onların fikir və təkliflərini dinləməyib.

 

Qeyd olunub ki, 17 saylı üçüncü seçki dairəsi ərazisində qeydiyyatda olan qazilərlə mütəmadi görüşlər əvvəllər də keçirilib və bu ənənə  davam etdirilir.

 

Göydəniz Qəhrəmanov çıxışında qeyd edib ki, Vətən uğrunda sağlamlığını itirən qazilər daim dövlətin və cəmiyyətin diqqət mərkəzindədir.

 

Sonda şəhidlərə Allahdan rəhmət, qazilərə isə cansağlığı arzulanıb.

PAYLAŞ