Deputat Göydəniz Qəhrəmanov vətəndaş qəbulu keçirdi

2026-cı ilin mart ayı üzrə vətəndaş qəbulları çərçivəsində Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə görüş keçirib.
Sfera.az bildirir ki, qəbul zamanı vətəndaşlar sosial məsələlər, məşğulluq, eləcə də gündəlik həyatlarında qarşılaşdıqları müxtəlif problemlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar.
Müraciətlərin bir qismi yerindəcə araşdırılaraq operativ şəkildə həllini tapıb.
Həlli müəyyən vaxt və prosedur tələb edən məsələlər isə qeydə alınaraq aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, vətəndaş qəbullarının keçirilməsində əsas məqsəd sakinlərin problemlərinin dinlənilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsidir.








