ABŞ-İran müharibəsi dünyanın nizamını dəyişir...

ABŞ-İran müharibəsi dünyanın nizamını dəyişir...
Kateqoriya məlum deyil
T

ABŞ ilə İran arasında davam edən qarşıdurma artıq 15 gündür davam edir və regionda hərbi-siyasi gərginliklə yanaşı qlobal enerji bazarına da ciddi təsir göstərir. Xüsusilə neft hasilatının azalması və diplomatik münasibətlərdə kəskinləşmə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

 

Sfera.az xəbər verir ki, Bəsrə körfəzi regionunun ən böyük neft istehsalçıları hasilatı gündəlik 6,7 milyon barel azaldıb. Bu isə qlobal bazarda təklifin azalmasına səbəb olub. İran isə eyni zamanda Çinə 11,7 milyon barel neft göndərilməsini davam etdirir və mövcud vəziyyətin davam edəcəyi təqdirdə neftin qiymətinin bir barel üçün 200 dollara qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

 

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentagon) qarşıdurmanın ilk günlərində hərbi əməliyyatlara böyük maliyyə vəsaiti ayırıb. Bildirilir ki, son 6 gün ərzində hərbi xərclər 11,3 milyard dollara çatıb. Bu arada Tay adlı gəminin yanması ilə bağlı məlumatlar da yayılıb. Digər tərəfdən, regiondakı gərginlik bəzi ölkələrin diplomatik addımlarına da təsir göstərib. İspaniya İsraildən səfirini geri çağırıb. İran isə 2026-cı ildə keçiriləcək FIFA Dünya Çempionatı 2026 turnirini boykot edəcəyini açıqlayıb. Eyni zamanda, bəzi diplomatik mənbələr beynəlxalq diplomatlar üçün təhlükəsiz keçid imkanlarının yaradıldığını bildirir.

 

Məlumatlara görə, tərəflərdən heç biri hələlik atəşkəsə razılaşmır. Bu isə qarşıdurmanın yaxın müddətdə səngiməyəcəyi ehtimalını artırır. ABŞ Hərbi Hava Qüvvələrinin idarə heyətinə isə Erica Kirk adlı yeni üzvün qoşulduğu bildirilir. İranın ali dini lideri Əli Xameneinin həyat yoldaşının isə sağ qaldığı qeyd olunur. Yaxın Şərqdə böyüyən bu böhran enerji qiymətlərindən tutmuş qlobal ticarətə qədər bir çox sahəyə təsir göstərə bilər. Neftin bahalaşması isə dünya üzrə yanacaq və enerji qiymətlərinin artmasına səbəb ola bilər.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ