Logo

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Rusiya səfiri Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gün əvvəl Rusiya və İran prezidentləri arasında telefon danışığı olub. Bu danışıq zamanı Rusiya Prezidenti Vladimir Putin İran tərəfinin xahişi ilə ölkəyə tibbi ləvazimatlar çatdırmağı tapşırıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə bildirib.

“Tibbi ləvazimatları daşıyan təyyarənin Azərbaycanda qəbul edilməsi ilə bağlı qarşı tərəfə müraciət nəzərdən keçirilib və Preizdent İlham Əliyev tərəfindən qərar bir saat ərzində qəbul edilib. Azərbaycan tərəfinə çox təşəkkür edirəm. Hər şeyin necə gözəl təşkil olunduğunu görürsünüz. 13 ton tibbi ləvazimatın İrana çatdırılması çox xoşdur”, - deyə o əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR