"Azərbaycanı Rusiya ilə müqayisə etməyin" - Sədrdən deputata İRAD

"Azərbaycanı Rusiya ilə müqayisə etməyin" - Sədrdən deputata İRAD
Kateqoriya məlum deyil
T

Deputat Aqil Abbas parlamentin bugünkü plenar iclasında “Kinematoqrafiya haqqında” Qanunun müzakirəsi zamanı çıxış edib.

 

O, ölkəmizdə ayrı-ayrı qurumların film sahəsinə kifayət qədər diqqət ayırmamasından gileylənib. Bu məsələdə Rusiyanı nümunə göstərən A.Abbas "Rusiyada filmlərin çoxunu nazirliklər çəkir. Niyə bizim şirkətlər, sponsorlar film çəkmirlər?" – deyərək fikrini davam etdirib.

 

Sfera.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova isə deputatın fikirlərinə münasibət bildirərək onu tənqid edib:

 

“Bu, üçüncü oxunuşdur, birinci oxunuşda deyərdiniz. Axı üçüncü oxunuşun öz tələbləri var. Siz deyirsiniz ki, hansısa ölkədə, Rusiyada nazirliklər də film çəkirlər. Rusiya Azərbaycan deyil, Azərbaycan Respublikasının öz qanunları var. Xahiş edirəm ki, heç bir müqayisə aparmayın. Bir də siz dedikləriniz müzakirə etdiyimiz qanunun predmetinə uyğun gəldimi? Ümumi danışmaq istəyirsinizsə, çıxış edin, məqalə yazın".

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ