Deputat Ramiz Mehdiyev haqqında: "17 milyona 10 film çəkmək mümkündür"

Deputat Ramiz Mehdiyev haqqında: "17 milyona 10 film çəkmək mümkündür"
Kateqoriya məlum deyil
T

"Kino mədəniyyətimizdə çox böyük rol oynayır. Film vacib bir sahədir. Türkiyə indi filmləri ilə dünyanı Osmanlıdan çox tuta bilir, eləcə də başqa ölkələr. Çox təəssüf ki, bizdə film çəkmək yalnız Mədəniyyət Nazirliyinin üzərinə düşür".

 

Sfera.az xəbər verir ki, xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bugünkü plenar iclasında “Kinematoqrafiya haqqında” Qanunun müzakirəsi zamanı deyib.

 

Millət vəkili filmlərə sposorluq edilməməsindən gileylənib:

 

"Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər. Rusiyada filmlərin çoxunu nazirliklər çəkir. Niyə bizim şirkətlər, sponsorlar film çəkmirlər? Filmdən böyük təbliğat yoxdur. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? 

Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı, bu, 10 dənə tam metrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar, verin bu filmlər çəkilsin. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın".

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ