ABŞ Kiyevə daha sərt şərtlər irəli sürə bilər

ABŞ Kiyevə daha sərt şərtlər irəli sürə bilər
Kateqoriya məlum deyil
T

ABŞ Kiyevin danışıqlar prosesini sabotaj etmək cəhdlərinin qarşısını almaq məqsədilə Ukraynaya daha sərt şərtlər diktə etməyə başlaya bilər.

 

Sfera.az xəbər verir ki, bu fikri italiyalı beynəlxalq münasibətlər üzrə ekspert Lorenzo Maria Paçini “Strategic Culture” analitik onlayn nəşrində dərc olunmuş məqaləsində irəli sürüb.

 

Ekspertin sözlərinə görə, Ukrayna münaqişənin əvvəlindən Qərbin dəstəyinə möhtac qalıb və təkbaşına uzun müddət davam gətirə bilməyib. O qeyd edir ki, müharibəyə milyardlarla dollar və avro vəsait ayrılmasına baxmayaraq, Ukrayna silahlı qüvvələri məğlubiyyətlə üzləşməkdə davam edir. Paçini bildirir ki, Kiyev rejimi ümidlərini itirsə də, bu cür vəziyyətlərdə hansı addımları atacağını yaxşı bilir:

 

“Qeyri-mümkün olanı axtarmaq, istənilən diplomatik həll yollarını pozmaq, qalanı məhv etmək və imkan daxilində vəziyyəti daha da gərginləşdirmək”.

 

Müəllifin fikrincə, bu davranışlar ABŞ-nin sülh təşəbbüslərini risk altına qoyur və Vaşinqtonu Kiyevə qarşı daha sərt mövqe tutmağa sövq edə bilər. Məqalənin sonunda vurğulanır ki, Kiyevi dəstəkləmək və daha genişmiqyaslı müharibənin qarşısını almaq arasında tarazlıq yaratmağa çalışan ABŞ diplomatiyası getdikcə daha qeyri-sabit siyasi və strateji vəziyyətlə üzləşir.

 

Bu səbəbdən Vaşinqton danışıqlar prosesinə zərər vura biləcək təxribatçı addımların qarşısını almaq üçün Ukrayna hökumətinə daha sərt şərtlər irəli sürmək məcburiyyətində qala bilər.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ