İlham Əliyev "Su ehtiyatları, hidrotexniki qurğular" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev

İlham Əliyev "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit" mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Sfera.az AZƏRTAC-a istindən xəbər verir ki, müraciətdə deyilir:

Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar arzu edirəm.

Dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan və işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirinizə diqqət və marağın yüksək olduğunu göstərir. Konfransınız Azərbaycan xalqının qədim ənənələrə malik milli bayramı olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı ərəfəsinə təsadüf edir. Bu isə tədbirinizdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların Azərbaycanın milli mədəniyyət nümunələri ilə yaxından tanış olmasına imkan yaradacaqdır.

Cari ildə dünyanın nadir su təchizatı qurğularından sayılan "Şollar-Bakı Su Qurğuları Kompleksi"nin istismara verilməsinin 100 illiyi tamam olur. Kəmər Bakı şəhəri və Abşeron yarımadasını içməli su ilə təmin edən ilk iri infrastruktur layihəsi olaraq ötən dövr ərzində əhalinin həyatının yaxşılaşdırılmasına xidmət göstərmişdir. "Şollar-Bakı Su Qurğuları Kompleksi"nə daxil olan hidrotexniki qurğuların xüsusiyyətləri bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdədir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda su resursları və sudan səmərəli istifadə, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, iqlim dəyişiklikləri və ətraf mühit mövzularının müzakirə obyektinə çevrilməsi təqdirəlayiqdir.

İnanıram ki, konfrans çərçivəsində tanınmış alimlərin, mütəxəssislərin, su ilə əlaqəli beynəlxalq təşkilatların qaldırdığı məsələlərlə bağlı aparılacaq müzakirələr bu sahədə mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olacaq, təcrübə mübadiləsi və perspektiv əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Bosfor boğazından gəmilərin keçidi dayandırıldı

Rusiyaya gedən tankerdə nasazlıq səbəbindən Bosfordan gəmilərin hər iki istiqamətdə tranziti müvəqqəti olaraq dayandırılıb.   Sfera.az xəbər verir ki...

Balaəli məhkəməyə verildi - 6 aydan 1 ilə qədər...

Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər.   Sfera.az xəbər verir ki, meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin...

Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirildi

Strasburqda (Fransa) Avropa Şurasının mənzil-qərargahı qarşısında Azərbaycan bayrağı yarıya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Maldiv Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərdi

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.   Sfera.az xəbər verir ki, məktubd...

Öldüyü deyilən Zaqatala sakini ailəsinə zəng etdi - VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində öldüyü güman edilən Zaqatala sakininin sağ olduğu məlum olub.   Sfera.az xəbər verir ki, Zaqat...

Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir

Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır.   Sfera.az xəbər verir ki, bu...