Trampın hamıdan gizlədiyi sənədləri üzə çıxdı - ŞOK FAKT

Trampın hamıdan gizlədiyi sənədləri üzə çıxdı - ŞOK FAKT

ABŞ prezidenti Donald Trampın vergi məlumatları mediaya sızdırılıb.

Sfera.az lent.az-a istinadən xəbər verir ki, Trampın seçki kampaniyası zamanı açıqlamağı israrla rədd etdiyi məlumatlar MSNBC kanalında "The Rachel Maddow Show" proqramında ictimaiyyətə çatdırılıb. Artıq "Ağ ev"in sözcüsü məlumatları təsdiqləyib.

Telekanalda yayımlanan qalmaqallı vergi sənədlərindən məlum olur ki, Tramp 2005-ci ildə 150 milyon dollar qazanıb və bunun qarşılığında 5.3 milyon dollar federal gəlir vergisi ödəyib. O, həmin dövrdə alternativ minimum vergi adı altında dövlətə əlavə 31 milyon dollar da ödəyib.

Ekspertlər açıqlanan məlumatlara dərhal reaksiya bildiriblər. ABŞ qanunlarından çıxarışlara əsasən məlum olub ki, Trampın bir ildə 150 milyon dollar qazanaraq ödədiyi vergi adi amerikalının verməli olduğundan 24 faiz çox olsa da, yüksək gəlirli amerikalının dövlətin hesabına köçürməli olduğu vəsaitdən 27,4 faiz azdır.

 

Qeyd edək ki, "Ağ ev" vergi sənədinin həqiqiliyini təsdiqləsə də, onun qeyri-qanuni yolla əldə edildiyini bəyan edib.


OXŞAR XƏBƏRLƏR