Putin razılığa gəldi? - "Hazırda sülh planı..."

Putin razılığa gəldi? - "Hazırda sülh planı..."
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi sülh sazişinə indiyədək olmadığı qədər yaxınlaşıb. Onun sözlərinə görə, Ukraynanın danışıqlar qrupunun qarşıdakı görüşlərlə bağlı böyük gözləntiləri var.

 

Hazırda sülhə ən yaxın nöqtədəyik və real imkan mövcuddur.

 

Zelenskinin bu açıqlamalarından sonra Rusiya Prezidenti Vladimir Putinin ərazi tələbləri ilə bağlı mövqeyində razılığa gələcəyi gözlənilirmi?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, belə sözlər çox deyilib, hər iki tərəf də müxtəlif səviyyələrdə ard-arda bəyanatlar səsləndirib.

 

 

Politoloqun sözlərinə görə, bu açıqlamaların bəziləri ümid oyatsa da, ümumi mənzərə reallığın tam fərqli olduğunu göstərir:

 

"Cəbhədə vəziyyət dəyişmir və müharibə hələ də aktiv fazada davam edir. Verilən vədlər, çağırışlar və siyasi ritorika münaqişənin gedişatına hələlik təsir etmir. Müharibənin dayandırılması ilə bağlı real təşəbbüslərin irəli sürülməməsi, tərəflər arasında etimadın aşağı olması və danışıqların yalnız kağız üzərində aparılması prosesi daha da uzadır. Hazırda sülh planının müzakirə edilməsi hər nə qədər diplomatik aktivlik kimi təqdim olunsa da, planın icrası üçün konkret addımların atılmaması bu müzakirələri formal xarakterə salır”.

 

İ.Vəlizadə ən azı qarşıdakı bir neçə həftədə əhəmiyyətli irəliləyiş gözləməyin real görünmədiyini əlavə edib:

 

“Çünki tərəflərin mövqeləri kəskin olaraq dəyişməyib, kompromisə hazırlıq hiss olunmur və beynəlxalq vasitəçilərin təzyiqləri də hələ istənilən nəticəni vermir. Vəziyyətin olduğu kimi qalacağı və münaqişənin müəyyən müddət daha davam edəcəyi ehtimalı daha güclü görünür”.

 

Fidan Hacızadə

Sfera.az

 
PAYLAŞ