Türk dövlətlərinin ümumi xəritəsi hazırlandı
Kateqoriya məlum deyil
Türk dövlətlərinin ümumi xəritəsi artıq hazırlanıb.
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə Qırğızıstan Nazirlər Kabineti yanında Torpaq Resursları, Kadastr, Geodeziya və Xəritəçəkmə üzrə Dövlət Agentliyinin Dövlət Xəritəçəkmə-Geodeziya Xidmətinin direktor müavini Narımbek İsabekov bildirib.
Onun sözlərinə görə, xəritə hazırda Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) xəritəçəkmə qurumları rəhbərlərinin ikinci müşavirəsində təqdim olunacaq. (Report.az)






