NATO-nun mövcudluğuna son qoyula bilər

NATO-nun mövcudluğuna son qoyula bilər
Kateqoriya məlum deyil
T

Şimali Atlantika Alyansı yaxın gələcəkdə nəinki zəifləyə, hətta mövcudluğunu dayandıra bilər.

 

Sfera.az xəbər verir ki, bu fikri norveçli BMT sülhməramlı veteranı Dan Viqqo Bertqun “Steyqan” nəşrində dərc olunan məqaləsində bildirib. Qeyd olunur ki, məsələ NATO-nun bu əsrdə yaşayıb-yaşamayacağı deyil, Alyansın ən azı növbəti onillikdə mövcudluğunu qoruyub-qoruyamayacağıdır.

 

Bertqunun sözlərinə görə, NATO-nun “ölümü” tək bir böhranın nəticəsi olmayacaq. O hesab edir ki, alyans Ukraynadakı münaqişədən xeyli əvvəl başlayan uzunmüddətli deqradasiya prosesinin içindədir. Veteranın fikrincə, alyansın tənəzzülünün konturları artıq açıq şəkildə görünür və NATO artıq yaradıldığı missiyaları yerinə yetirmək gücündə deyil. Müəllif xüsusilə Əfqanıstandakı əməliyyata diqqət çəkərək bunu NATO üçün həm hərbi, həm də siyasi məğlubiyyət kimi xarakterizə edib.

 

O xatırladıb ki, iyirmi ildən çox əvvəl NATO-nun Brüsseldəki qərargahında Norveçin o vaxtkı səfiri Kay Eide ilə görüş zamanı Eide bildirib: “NATO Əfqanıstanda strateji məğlubiyyətdən xilas ola bilməz. Bu, alyansın etibarını sarsıdacaq”. Bertqun vurğulayıb ki, indi geriyə baxanda həmin sözlərin nə qədər doğru olduğu daha aydın görünür.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ