İlham Əliyev: "Azərbaycan 100 % genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir"

İlham Əliyev: "Azərbaycan 100 % genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir"
Kateqoriya məlum deyil
T

"Azərbaycan bu gün 100 %-lik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur".

 

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-2025) iştirakçılarına müraciətində bildirib.

 

Dövlət başçısının sözlərinə görə, rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır:
 

"SİMA" adlı biometrik rəqəmsal imza sistemini artıq 3,6 milyon istifadəçi qəbul edib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olub. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR