Quterreş səfirliyimizə raket zərbəsini pislədi

Quterreş səfirliyimizə raket zərbəsini pislədi
Kateqoriya məlum deyil
T

Quterreş Azərbaycanın Kiyevdəki səfirliyinə raket hücumunu pisləyib.

 

Sfera.az bildirir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanata görə, Rusiya tərəfindən Ukraynanın müxtəlif bölgələrinə edilən raket və dron hücumlarında Kiyevdə altı, Çornomorskda iki nəfər həlak olub.

 

Hücum nəticəsində mülki obyektlərə, infrastrukturun bir hissəsinə və Azərbaycanın Kiyevdəki səfirliyinə ziyan dəyib.

 

Quterreş mülki əhaliyə və infrastruktur obyektlərinə hücumların beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayaraq, onların dərhal dayandırılmasını tələb edib.

 

O, həmçinin diplomatik nümayəndəliklərin toxunulmazlığını xatırladıb və Ukraynada dərhal, qeyd-şərtsiz atəşkəsə çağırışını yeniləyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR