Putin və Tokayev Bəyannamə imzaladı

Putin və Tokayev Bəyannamə imzaladı
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Kremlin Böyük Sarayında iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq barədə Bəyannamə imzalayıblar.

 

Sfera.az xəbər verir ki, sənədin imzalanması mərasimində Moskva və Astana arasında bütün sahələrdə əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyi vurğulanıb.

 

Görüş zamanı liderlər Rusiya qazının Qazaxıstanın şimal və şərq bölgələrinə tədarükünün genişləndirilməsi məsələsini, həmçinin “Bayterek” birgə layihəsi çərçivəsində raketdaşıyıcının bu ilin sonuna qədər planlaşdırılan ilk buraxılışını müzakirə ediblər.

 

Tərəflər, həmçinin, nadir torpaq metalları sahəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

 

Tokayev Bəyannaməni iki ölkə münasibətlərinin gələcək inkişafı baxımından “tarixi əhəmiyyətli addım” adlandırıb.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR